21 Noyabr 2023 11:50
1 794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentinanın yeni Prezidenti Xavyer Mileyin bu ölkədəki erməni diasporu ilə əlaqələri üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Miley ermənilər üçün də maraqlıdır. Yeni prezident 2008-2021-ci illərdə Argentina əsilli erməni iş adamı Eduardo Ernekyanın “Korporasiya Amerika” təşkilatının əməkdaşı və onun baş məsləhətçisi olub. O, prezident seçkilərində iştirak etmək üçün qurumu tərk edib.

Miley Ermənistana səfər edərkən bir dəfə də olsun Ernekyanı müşayiət etməyib. Miley mübahisəli personajdır, amma Ernekyan onun yaxşı prezident olacağına əmindir”, - nəşr bildirir.

Britaniyanın “Financial Times” qəzeti də yazır ki, Argentinanın yeni seçilmiş prezidentinin əsas dəstəkçilərindən biri Ernekyandır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər