Ukrayna müdafiə qüvvələri Zaporoje vilayətində Melitopol istiqamətində hücum əməliyyatları aparır. Rusiya mənbələri ukraynalıların Novofedorivkaya qədər irəlilədiklərini bildirir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Rusiya qoşunları Donetsk-Zaporoje vilayətlərinin inzibati sərhədi bölgəsində hücum əməliyyatları keçirməyə cəhd edib, amma onların irəlilədiklərinə dair təsdiq yoxdur.
Ukrayna ordusunun Baş Qərargahı Rusiyanın Staromayorskın şərqində və Velika Novosilkadan 11 km cənub-şərqdə yerləşən Zolotaya Nivanın cənubunda uğursuz hücumları barədə məlumat verib.
Öz növbəsində Rusiya mənbələri Ukrayna Silahlı Qüvvələrin Zaporojenin qərbində hücum əməliyyatları apardığını bildirir. Mənbələr Ukraynanın kiçik piyada dəstələri ilə Robotin və Verboveyə hücum etdiklərini vurğulayır.
Məlumata görə, Ukrayna ordusu Rabotindən 15 km şimal-şərqdə yerləşən Novofedorivkaya qədər irəliləyib.
Eyni zamanda, Ukrayna müdafiə qüvvələri Dnepr çayının şərq sahilində mövqelərini qoruyur.