27 Noyabr 2023 12:10
1 592
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK/YPG terrorçuları işğal etdikləri Təl-Rıfatdan (Suriya) təhlükəsiz bölgələrdəki hərbi məntəqələrə sızmağa cəhd ediblər.

Teleqraf.com xəbər verir ki, Türkiyə sərhədindəki Azəz qəsəbəsinin cənubunda yerləşən, təşkilatın işğalı altında olan Məranaz kəndindən cəbhə xəttinə sızmağa çalışan terrorçular Suriya Milli Ordusu (müxaliflər) ilə toqquşub.

Sızma cəhdlərinin qarşısı alınan və qarşıdurmada itki verən PKK/YPG terrorçuları geri çəkilməli olub.

Terrorçular sızmağa çalışdıqları ərazilərə müxtəlif çaplı silahlarla hücum ediblər.

PKK/YPG terror təşkilatı 7 ildən artıqdır işğalda saxladığı Təl-Rıfat və Mənbiçdən müxaliflərin nəzarətində olan ərazilərə keçməyə cəhd göstərir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər