27 Noyabr 2023 20:05
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son iki gündə Qucarat ştatının qərbində ildırım vurması nəticəsində ölənlərin sayı 24-ə çatıb.

Teleqraf.com xəbər verir ki, Ştatın Fövqəladə Hallar üzrə İdarəetmə Mərkəzi ilin bu vaxtı güclü küləklə müşayiət olunan qeyri-adi şiddətli qeyri-mövsümi tufanlar nəticəsində daha 23 nəfərin xəsarət aldığını bildirib.

Qeyd edək ki, bundan əvvəl 20 nəfərin öldüyü bildirilirdi.

“Qucaratda son 48 saatda davam edən qeyri-mövsümi yağışlar zamanı ildırım vurması nəticəsində ümumilikdə 24 ölüm qeydə alınıb. Leysan Qucaratın 234 rayonunda külli miqdarda ziyan vurub”, - deyə departamentin açıqlamasında bildirilib.

Hindistanın daxili işlər naziri Amit Şah həlak olanların ailələrinə başsağlığı verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər