ABŞ Konqresi hazırda İran ilə bağlı “altılıq” səviyyəsində aparılan müzakirələrə sanksiyalarla təsir göstərmək niyyətindədir. Prezident Barak Obama isə bunun müqabilidə öz veto hüququndan istifadə etməyə hazırlaşır.
Amerikada ötən ilin noyabrında parlamentə keçirilən aralıq seçkilərdə respublikaçıların Konqresin hər iki qanadında əksəriyyəti ələ keçirməsindən sonar xarici siyasət məsələlərinə münasibətdə ciddi fikir ayrılığı yaranıb.
Konqres indi xarici siyasətdə daha sərt, radikal addımların atılmasını tələb edir. Ağ Ev Administarsiyası isə mövcud şəraitdə daha çox kompromislər və fəal dialoq tərəfdarı kimi çıxış edir. Xarici siyasətdə Obama ilə Konqres arasında yaranan ixtilaflardan ilki gözlənildiyi kimi, İranın nüvə fəaliyyətləri üzərində yaşanır.
Teleqraf.com-un məlumatına görə, fasilələrlə uzun müddət davam edən danışıqlarda əhəmiyyətli irəliləyişin əldə olunmaması Konqresdəki respublikaçı çoxluğa tənqidlər və sanksiyalar tələbi üçün müəyyən arqumentlər yaradıb.
Ötən il demokratların əksəriyyət təşkil etdiyi Konqresdə Obama müvafiq müzakirələrin qarşısını ala bilmişdi. Lakin respublkiaçıların israrı fonunda bu dəfə ABŞ liderinin işi xeyli çətin görünür.
Nail Cəlil