ABŞ-ın “Fitness” jurnalı dünyanın ən yaxşı idmançılarının siyahısını dərc edib.
Axar.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya liderləri arasında ən yaxşı idmançı hesab edilib.
Jurnal araşdırmasında liderlərin hərəkətlərini, sağlamlığını və çəkisini əsas götürüb və siyahıda 13 ölkə liderinin adı var.
Ərdoğanın lider olduğu siyahı aşağıdakı kimidir:
İspaniya VI Kralı Filip, Avstraliya Baş naziri Toni Abbott, Lüksemburq hersoqu Henri, ABŞ Prezidenti Barak Obama, İsrail Baş naziri Benyamin Netanyahu, Yamayka Baş naziri Portia Simpson Miller, Rusiya Prezidenti Vladimir Putin, Meksika Prezidenti Enrike Pea Nieto, Buhutan Kralı Jiqme Kesar Namqyel Vanqkuk, Botsvana Prezidenti İan Kama, İordaniya Kralı Hüseyn və Sinqapur Baş naziri Li Hsien Loonq.