20 Yanvar 2015 02:34
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada 80 ən zəngin adam 1.9 trillionluq əmlaka sahibdir. Eyni dərəcədə sərvəti 3.5 milyard insan bölüşür. Dünya əhalisinin 1 faizini təşkil edən zənginlər gələn il planetimizin sərvətlərinin əksər hissəsinə sahib çıxacaqlar.

Teleqraf.com-un "Amerikanın Səsi"nə istinadən məlumatına görə, 2014-cü ildə qlobal zənginlik 48 faiz təşkil edib. 2009 bu göstərici 44 faiz olub, 2016-ci ildə isə 50 faiz təşkil etməlidir.

Hesabatda “qeyri-bərabərlik partlayışının” qlobal yoxsulluqla mübarizəyə mane olduğu barədə xəbərdarlıq verilir. Bildirilir ki, dünyada hər 10 nəfərdən 9-u kifayət qədər ərzaq əldə edə bilmir, bir milyarddan artıq insanın gündəlik gəliri 1.25-dan azdır.

Oxfam sərvət uçurumunun aradan qaldırılması üçün vergilərdən yayınanların cəzalandırılması, ictimai xidmətlərin yaxşılaşdırılması, minimum əmək haqlarının yüksəldilməsi kimi ölçülər götürülməsinə çağırır.


Müəllif:

Oxşar xəbərlər