İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) qüvvlələri Qəzza zolağında Fələstinin Həmas hərəkatına məxsus 800-dən çox yeraltı tunel aşkar edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti bildirib.
Qeyd olunub ki, bu tunellərdən təxminən 500-ü partlayıcı maddələr və bloklar da daxil olmaqla müxtəlif üsullarla uğurla məhv edilib.
Ordunun mətbuat xidməti vurğulayıb ki, tunellər yaşayış məntəqələrində, çox vaxt məktəb, uşaq bağçası, məscid və uşaq meydançaları kimi mülki obyektlərin yaxınlığında və ya içərisində yerləşdirilib.