3 Dekabr 2023 19:23
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 15 523 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Eyni zamanda 41 316 şəxs müxtəlif xəsarətlər alıb.

Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı” elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” girdiyini bəyan edib. Əməliyyat “Dəmir qılınclar” adlandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər