Ağ Evin prezidentin ailə üzvlərinin iddia edilən qanunsuz fəaliyyətlərinin araşdırılmasına mane olduğunu nəzərə alsaq, Prezident Co Baydenin impiçmenti zəruridir.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib.
“Bu zəruri addımdır”, - spiker müvafiq suala cavabında bildirib.
Conson əlavə etdi ki, bir sıra səlahiyyətli qurumlar Baydenlərin qanunsuz fəaliyyətlərinə dair sübutlar tapmaq üçün iş görürlər.
Bununla belə, onun sözlərinə görə, Ağ Ev onlara mane olur və minlərlə səhifəlik sübutları gizlədir.