4 Dekabr 2023 21:46
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkitərəfli münasibətlərin bütün əsas məsələləri Prezident Ərdoğanla mütəmadi ünsiyyətimizin gündəliyindədir. Xüsusi qeyd edim ki, Rusiya və Türkiyənin energetika sahəsində əlaqələri əsl strateji xarakter daşıyır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xarici ölkə səfirlərinin etimadnaməsini qəbul edərkən deyib.

Putin qeyd edib ki, “Rosatom” Türkiyədə ilk “Akkuyu” atom elektrik stansiyasının inşasını davam etdirir, “Mavi axın” və “Türk axını” boru kəmərlərinin istismarı çərçivəsində qaz nəqli sahəsində də sıx əməkdaşlıq əlaqələri qurulub, Türkiyə ərazisində qazpaylayıcı qovşağın yaradılması istiqamətində işlər davam etdirilir".

Putinin sözlərinə görə, Rusiyanın Türkiyə Respublikası ilə tərəfdaşlığı yüksək səviyyədədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər