Silahlı qruplaşmalar ABŞ-ın İraqın Ənbar vilayətindəki hərbi bazasına hücum ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə “İraq İslam Müqavimət” Hərəkatı məlumat yayıb.
Hücumun Qəzza zolağında baş verənlərə görə həyata keçirildiyi bildirilib.
Qruplaşma ABŞ-ın Ayn əl-Əsəd bazasına pilotsuz təyyarə ilə hücum etdiklərini, hədəfi vurduqlarını iddia edir.
“İslam Müqavimət” Hərəkatı İranın İraqda dəstəklədiyi terror qruplaşmalarını özündə birləşdirən təşkilatdır.