13 Dekabr 2023 16:33
19 902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin əsas ideyası Rusiyanın MDB ölkələri ilə əməkdaşlığının pozulmasıdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Qərbin əsas narahatlığı və anti-Rusiya enerjisi postsovet məkanında cəmlənib. Prioritetləri keçmiş Sovet İttifaqı respublikaları arasında əlaqələri kəsmək, sosial-iqtisadi kompleksi, hüquq-mühafizə sistemini, ümumi təhlükəsizlik sistemini məhv etməkdir”, - nazir bildirib.

Lavrovun sözlərinə görə, Qərb institutları, qeyri-hökumət strukturları ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) xətti ilə və ya onun çətiri altında Vaşinqtonun açıq və tam koordinasiyası ilə öz proqramlarını həyata keçirməyə çalışırlar:

“Biz müttəfiqlərimizlə bu barədə açıq danışırıq, əksəriyyəti Qərb ideyasını mükəmməl anlayır. Biz də başa düşürük ki, onlar Qərb dövlətləri ilə mübahisə etmək istəmirlər. Bizə qarşı müharibəyə başlamasaydı, biz də mübahisə etmək istəməzdik”.

Nazir vurğulayıb ki, Rusiya Qərbin postsovet məkanı ölkələri ilə əlaqələri pozmaq cəhdlərini ciddi qəbul edir, bunu qarşı tərəf də bilir:

“Bu onun əsas fikridir. Bizim əsas səylərimiz qurumlararası format tələb edən mübarizəyə yönəldilməlidir, Vladimir Putin bu problemi mükəmməl görür. Biz bunu edəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər