ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Maykl Kurilla İsrailə səfər edib və İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Nəşr qeyd edir ki, Kurilla Halevinin rəsmi qonağı kimi İsrailə səfər edib.
Qeyd olunur ki, səfər zamanı Kurilla və Halevi təhlükəsizlik məsələlərini, strateji məsələləri, eləcə də humanitar yardımı müzakirə ediblər.