Ukraynada “Trident” təşkilatının lideri, milliyətçi Dmitri Anatolyeviç Yaroş Donetskdə yaralanıb.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, Yaroş Donetsk aeroportu ətrafında gedən döyüşlər zamanı yaxınlıqda partlayan mərmi nəticəsində xəsarət alıb. Onun qolunun sındığı və başından xəsarət aldığı bildirilib.
Təşkilat sədri dərhal xəstəxanaya qaldırılıb. Onun vəziyyətinin ağır olduğu qeyd edilib.
Samir