Niderland vətəndaşları Rusiya ilə müharibəyə hazırlaşmalıdır.
Teleqraf.com xəbər verir ki, bu çağırışı Niderland Ordusunun istefaya göndərilməyə hazılaşan komandanı Martin Vienen “De Telegraaf” nəşrinə müsahibəsində edib.
“Niderland müharibədən ciddi şəkildə qorxmalıdır və cəmiyyətimiz buna hazırlaşmalıdır. Nderland başa düşməlidir ki, bütün cəmiyyət hadisələrin yanlış getməsinə hazır olmalıdır. Onlardan 1500 kilometr aralıda olduğumuz üçün təhlükəsizliyimizə zəmanət verildiyini düşünməməliyik”, - deyə o vurğulayıb.
Onun fikrincə, İsveç, Finlandiya və Baltikyanı ölkələrdən nümunə götürməyə dəyər, çünki çəkindirici vasitə kimi güclü ordu lazımdır.
“Rusiya Federasiyasının başa düşdüyü tək bir dil var, o da güclü ordunun dilidir” deyə qeyd olunub.