Ukraynanın pilotsuz təyyarələri (PUA) son bir neçə gündə Rusiyada nəzərdə tutulan bir çox hədəfə hücum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
ISW xatırladıb ki, dekabrın 30-da Ukrayna ordusu Rusiyadakı hədəflərə silsilə zərbələr endirib.
Ukraynanın Moskva, Belqorod, Tula, Tver və Bryansk vilayətlərindəki hərbi infrastruktur və müdafiə-sənayesi obyektlərinə 70-dən çox PUA atdığı bildirilir.
Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi dünən Bryansk, Oryol, Kursk və Moskva vilayətlərində 32 PUA-nın vurulduğunu açıqlamışdı.
Analitiklərin fikrincə, Moskva və Kiyevin rəqəmləri arasındakı uyğunsuzluq Ukrayna ordusunun nəzərdə tutulan hədəflərin çoxunu vurduğunu göstərə bilər.
Ukrayna qüvvələrinin Belqoroda son zərbələr nəticəsində çoxlu sayda mülki şəxs həlak olub və yaralanıb. Rusiya şəhərinə son sutka ərzində 100-dən çox zərbənin endirildiyi açıqlanıb.