2 Yanvar 21:55
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstinin "HƏMAS" hərəkatının rəhbərliyinin üzvü Saleh əl-Aruri Beyrutun Dahiya qəsəbəsinə pilotsuz uçuş aparatının hücumu nəticəsində həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə "HƏMAS"ın Beyrutdakı bürosunun mənbəsindən bildirilib.

Onun sözlərinə görə, binada olan daha üç nəfər həlak olub. Yaralıların sayı dəqiqləşdirilir.

Qeyd olunub ki, Beyrutun sözügedən qəsəbəsində "Hizbullah" partiyasının silahlı qanadının bölmələri yerləşdirilib.

İlkin məlumata görə, partlayışa səbəb insanların sıx olduğu ərazidəki binanın ikinci mərtəbəsinə pilotsuz uçuş aparatının zərbəsi ola bilər.


Müəllif: Teleqraf.com