4 Yanvar 23:08
2 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın baş naziri Fumio Kişida 2024-cü ildə dünyada gərginliyin artacağını bildirib.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, o, bu barədə yeni il münasibətilə keçirilən mətbuat konfransında bildirib.

O, Ukraynadakı münaqişəni və İsraillə HƏMAS arasında Yaxın Şərqdəki müharibəni xatırladıb. Bundan əlavə, Kişida bildirib ki, ABŞ-da prezident seçkiləri 2024-cü ildə keçiriləcək. Onun sözlərinə görə, yeni ildə gərginlik artacaq.

Onun fikrincə, geosiyasi qeyri-sabitlik şəraitində Yaponiya liderlik nümayiş etdirməlidir. Kişida ölkə vətəndaşları arasında hakimiyyətə inamın bərpasını əsas vəzifələrdən biri adlandırıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər