Ukraynanın hava hücumundan müdafiə sistemləri Rusiyanın X-22 qanadlı raketlərinə qarşı zəifdir.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya ordusunun təqaüdçü generalı Erxard Büxler deyib.
"Ukrayna yaxınlarda etiraf etdi ki, indiyədək ərazisinə atılan 200-ə yaxın raketdən heç biri də vurulmayıb. Bu (X-22 red.), nəhəng raketdir, uzunluğu 11 metrdir. Döyüş başlığının kütləsi təxminən bir tondur, hətta böyük bir döyüş gəmisini batıra bilər. Hava hücumundan müdafiə sistemləri səsdən təxminən 3-3.5 dəfə sürətli olan bu raketi heç vaxt vura bilməz", - general bildirib.