10 Yanvar 10:41
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Belarusdakı hərbi qüvvələrini artırır. Ötən ilin dekabrından “Vaqner” qrupunun zabitləri Belarus xüsusi təyinatlıları və hərbçilərinə təlim keçməyə davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

ISW bildirir ki. “Vaqner” əsasən Belarus Daxili İşlər Nazirliyinin “Tornado”, “Ştorm” və “Tayfun” xüsusi təyinatlı qüvvələrinin şəxsi heyəti ilə işləyir.

Bundan əlavə, rusiyalı hərbçilər Belarusun 51-ci Artilleriya Briqadasının şəxsi heyəti və Belarus Hərbi Akademiyasının Daxili Qoşunlar fakültəsinin kursantlarına təlim verirlər.

Bundan əlavə, ötən ay Moskva Belarusa təxminən 5 milyon patron çatdırıb. Sursatla dolu qatar dekabrın 10-da Barnauldan çıxıb, ayın 22-də Qolinetsə çatıb.

Belarus Prezidenti Aleksandr Lukaşenko bundan əvvəl Rusiyanın ölkəsində taktiki nüvə silahlarının yerləşdirməsinin başa çatdığını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər