15 Yanvar 20:36
2 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Drel” bombası Ukraynanın zirehli texnikalarını məhv etmək üçün effektli vasitə olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Polşanın “Mysl Polska” nəşri məlumat yayıb.

“Bu, ukraynalılar üçün o qədər də yaxşı xəbər deyil, çünki yarım tonluq “Drel” bombası Rusiya qırıcılarına yerüstü hədəfləri, məsələn, Ukraynanın zirehli texnikalarının hərəkət edən kolonlarını məhv etmək üçün müasir, effektli və dağıdıcı vasitə verən ölümcül silahdır”, - məqalədə deyilir.

Nəşr yazır ki, Rusiyanın zəngin partlayıcı tərkibli (təxminən 15) müasir döyüş sursatları düşmənin tanklarına və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirmək üçün nəzərdə tutulub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər