19 Yanvar 09:57
1 555
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın bir neçə nüvə başlığı istehsal etmək üçün resursları var.

Teleqraf.com xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi deyib.

AEBA rəhbəri İranın kifayət qədər yüksək zənginləşdirilmiş urana malik olduğunu söyləyib.

“Bu, çox məyusedicidir. Başa düşə bilmirik ki, niyə lazımi şəffaflığı təmin etmirlər”, - Qrossi bildirib.

İndiyədək AEBA İranın nüvə silahı üçün uran ehtiyatının həcminin dəyişdiyini aşkarlamayıb. Bununla belə, agentlik bu qədər resursun istehsalı və saxlanmasından narahatdır.

ABŞ ordusunun Baş Qərargahının keçiş rəisi, general Mark Millinin iddiasına görə, İran bir neçə aya nüvə dövlətinə çevrilə bilər.

ABŞ Müdafiə Nazirliyi də hesab edir ki, İranın iki həftədən az müddətdə nüvə silahı əldə etmək üçün kifayət qədər resursu var.

Ötən ilin noyabrında İranın zənginləşdirilmiş uran ehtiyatını 60 faizə çatdırdığı bildirilmişdi. Sentyabrın 5-də açıqlanan son hesabatdan sonra bu həcm 6.7 kq artaraq 128.3 kq-a çatıb. Amma İranda uranın zənginləşdirilməsi sürəti ayda təxminən 3 kq-a qədər azalıb, bu, ötən ilin əvvəlində 9 kq səviyyəsində idi. Ekspertlərin fikrincə, bu, ABŞ ilə dolayı danışıqların nəticəsidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər