19 Yanvar 12:39
6 813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ay Dubayda (BƏƏ) keçirilən BMT-nin Dünya İqlim Fəaliyyəti Sammiti çərçivəsində Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü gərginliyə səbəb olan Şotlandiya Baş naziri Həmzə Yusif məsələ ilə bağlı yeni açıqlama verib.

Teleqraf.com xəbər verir ki, müzakirələr davam edərkən, hökumət başçısı Türkiyə liderini ölkəsinə dəvət etdiyini bildirib.

“Ona dedim ki, Böyük Britaniyaya növbəti səfərində Şotlandiyaya da gəlsin. Türkiyə NATO müttəfiqidir. Niyə belə bir ölkəni dəvət etmək istəməyək?”, - Yusif vurğulayıb.

Böyük Britaniya hökuməti Prezident Ərdoğanla görüşən Şotlandiya rəhbərinə sərt reaksiya verib.

Britaniya xarici işlər naziri Devid Kemeron Yusifin krallıq rəsmilərinin iştirakı olmadan Ərdoğanla görüşünü tənqid edərək, Şotlandiyaya Xarici İşlər Nazirliyinin dəstəyini dayandırmaqla hədələyib.

Yusif Kemeronun açıqlamasının kobud və yanlış olduğunu, Ərdoğanla görüş vaxtının son anda Türkiyə heyəti tərəfindən yeniləndiyini, amma bir Britaniya rəsmisinin görüşdə iştirakının onun üçün problem olmayacağını dediyini xatırladıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər