Ukraynadakı böhrana görə Moskva ilə əlaqələrini donduran NATO Rusiya ilə münasibətləri bərpa etmək istəyir.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bunu NATO-nun Avropadakı komandiri general Fİlip Bridlov deyib. O, rus hərbi nümayəndələri ilə əlaqələrin yenidən qurulmasının əhəmiyyətli olduğunu bildirib.
Bridlov bununla əlaqədar Rusiya Silahlı Qüvvələrinin Baş Qəraragah rəisi Valeri Qerasimov ilə də görüşdüklərini qeyd edib.
Samir