22 Yanvar 00:13
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərinə yola düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Telekanal qeyd edib ki, Fidan BMT TŞ-nin yanvarın 23-də keçiriləcək Fələstin mövzulu iclasına qatılacaq.

Türkiyənin XİN başçısının səfər əsnasında ikitərəfli görüşlər də keçirəcəyi gözlənilir.


Müəllif: Teleqraf.com