Belçika bu il Ukraynaya 611 milyon avro məbləğində hərbi dəstək vermək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerovla belçikalı həmkarı Ludivine Dedonderin telefon danışığı zamanı müzakirə edilib.
Qeyd olunub ki, bu məbləğlə müdafiə qüvvələrinin modernləşdirilməsinə dəstək veriləcək.
Nazirlər cəbhədəki vəziyyəti və ölkələr arasında əməkdaşlıq perspektivlərini də müzakirə ediblər.