Rusiya Xarici Kəşfiyyat Xidməti ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi arasında dialoq dünyada vəziyyətin çox riskli xəttə yaxınlaşdığı bir vaxtda təhlükəli hadisələrin qarşısını ala bilər.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.
“Bir daha qeyd etmək istəyirəm ki, Rusiya Xarici Kəşfiyyat Xidməti ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi - dünyanın iki ən nüfuzlu kəşfiyyatı, iki ən güclü nüvə dövlətinin kəşfiyyat qurumları arasında dialoq həmişə faydalıdır”, - Narışkin bildirib.
Onun sözlərinə görə, dünyanın birqütblü Amerika mərkəzli dünyadan daha ədalətli və təhlükəsiz çoxmərkəzli dünya nizamına doğru tektonik sürüşmə vəziyyətində olduğu vaxtda belə dialoq və təmaslar sadəcə zəruridir. Narışkin qeyd edib ki, Rusiya xarici kəşfiyyatında Qərb ölkələrinin rəhbərliyi və xüsusi xidmət orqanlarının Rusiyada vəziyyətin sabit olduğunu, əhalinin ölkənin siyasi rəhbərliyi ətrafında birləşdiyini dərk etdiyi barədə məlumat var. Həmçinin onun iddiasına görə, Qərb öz maraqlarına uyğun olaraq müxtəlif ölkələrdə inqilablar həyata keçirə biləcəyinə inanaraq, Rusiyada da inqilab təşkil etməyi düşünür, amma bu, alınmayacaq.
“Xaosu, minlərlə ölümü və dağıntıları ilə “Ərəb baharı” adlandırılan faciə onların da vicdanındadır. Ukrayna da Qərb ölkələrinin, ilk növbədə ABŞ-ın vicdanındadır Dünya Maydan faciəsinin nəticələrini bu gün da hiss edir”, - Narışkin vurğulayıb.
Xidmət rəhbəri qeyd edib ki, Qərb Rusiyanın problemlərini eyni şəkildə həll edə biləcəklərini düşünməyə başlayıb.