30 Yanvar 13:44
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya Rusiya ilə sülh müqaviləsi imzalamağa çalışır.

Teleqraf.com xəbər verir ki, bunu Yaponiya Baş naziri Fumio Kişida deyib.

Eyni zamanda o, etiraf edib ki, iki ölkə arasında münasibətlərdə kifayət qədər çətin vəziyyət yaranıb:

“Bununla belə, Yaponiya ərazi məsələsinin həlli və sülh müqaviləsinin bağlanmasına sadiq qalır”.

Kişida bu istəyə baxmayaraq, Yaponiyanın Rusiya əleyhinə sanksiyaları dəstəkləməyə və Ukraynaya kömək etməyə davam edəcəyini də söyləyib.

İkinci Dünya Müharibəsindən bəri Rusiya və Yaponiya Kuril adaları ilə bağlı mübahisəni həll edə bilmir. Hər iki ölkə adaları öz ərazisi hesab edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər