31 Yanvar 11:04
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşəriyyət qaçılmaz Üçüncü Dünya Müharibəsi ərəfəsindədir.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı hərbi analitik Saymon Diqqins deyib.

Onun sözlərinə görə, İkinci Dünya Müharibəsindən sonra dünya nizamının əsasını təşkil edən güc tətbiqinə qarşı prezumpsiya itirilib:

“Son aylarda belə bir hiss yaranıb ki, mürəkkəb dünyada qaçılmaz gərginlik ancaq müharibənin köməyi ilə aradan qaldırıla bilər. Heç nə qaçılmaz deyil, xüsusilə Ukraynanın işğalı göstərdi ki, Rusiya müharibəyə sadəcə müdafiə vasitəsi kimi yox, siyasi alət - dünya nizamını öz xeyrinə dəyişmək üçün vasitə kimi görür. Çin də Tayvanla birləşməyə can atır və onun bölgəsindəki İran da öz yerini tutmağa çalışır”.

Diqqins bildirib ki, Rusiya son bir ildə müdafiə xərclərini iki dəfə artırıb:

“Kreml ÜDM-nin 6 faizi və ya bütün dövlət xərclərinin üçdə birini orduya xərcləyir. Biz isə əksinə, ÜDM-ün 2 faizdən bir qədər çoxu və ya dövlət xərclərinin təxminən 4.5 faizini xərcləyirik. Ruslar həmişə uyğunlaşmağa hazırdır, öz qüvvələrini islahat, restrukturizasiya və yenidən silahlandırmaq üçün müharibə amilindən istifadə edirlər”.

Onun proqnozuna görə, Ukraynada atəşkəs olacaq və ya hansısa çətin çıxılmaz vəziyyət yaranacaq, bu, cari il, yaxud gələn ilədək qaşılmaz gerçəklikdir:

“Sonra biz Prezident Putinin istədiyi yerdə (əsasən keçmiş sovet ölkələrində) istifadə edəcəyi yeni Rusiya ordusu ilə qarşılaşacağıq. SSRİ-nin dağılmasını “fəlakət” kimi görən Putinin bu şeyi düzəltmək üçün uzun bir düzəlişlər siyahısı var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər