31 Yanvar 11:12
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS-ın İsrailə hücumundan sonra Rusiyanın davranışını bağışlamaq olmaz.

Teleqraf.com xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri, parlamentdəki müxalifətin lideri Yair Lapid deyib.

“Bəllidir ki, Rusiya bu gün İrana həmişəkindən daha çox ehtiyac duyur. Bunu söyləməyi xoşlamırlar, çünki hələ də özlərini “supergüc” hesab edirlər. Amma bu “supergüc” iki ildir Ukraynanı məğlub edə bilmir. İrəli getdikcə, İrandan silah tədarükündən bir o qədər çox asılı olurlar və şər oxunda halqaya çevrilirlər”, - sabiq baş nazir bildirib.

Lapid qeyd edib ki, İsrail Rusiyanı və rəhbərliyini HƏMAS-ın tərəfdarı olduğuna görə bağışlaya bilməyəcək. O, Prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun bəyanatlarını da xatırladıb.

“Şübhə yoxdur ki, ölkə rəhbərliyi (İsrail) Rusiya ilə bağlı mövqeyinə yenidən baxmalıdır. Dövlətlər münasibətləri elə-belə səbəblərdən kəsmirlər, amma belə təhqirlər olunanda da bağışlamırlar”, - Lapid vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər