3 Fevral 16:58
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin Ukraynaya hərbi tədarükü heç bir şəkildə xüsusi hərbi əməliyyatın gedişi və nəticələrinə təsir etməyəcək. Amerikalılar bununla yalnız baş verənləri ukraynalıların özləri üçün daha ağrılı edirlər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Kremlin sözçüsünün Rusiyaya “xoş sürpriz” vəd edən ABŞ dövlət katibinin müavini Viktoriya Nulanda təpkisi belə olub:

“Sürprizlərə gəlincə, bəli, ABŞ bu münaqişənin bilavasitə iştirakçısı olmaq, bu münaqişədə birbaşa iştirak səviyyəsini qoruyub saxlamaq və artırmaqla Kiyev rejimini müharibəni davam etdirmək üçün təhrik etməkdə davam edir. Bu, heç bir şəkildə xüsusi hərbi əməliyyatın gedişi və nəticələrinə təsir göstərə bilməz, bütün məqsədlərə nail olunacaq. Amerikalılar ukraynalıları xəstəliyə yoluxdurur və daha çox ukraynalının ölməsinə səbəb olurlar. Bunu amerikalılar edir”.

Nulandın Ukraynaya səfərindən də danışan Peskov söyləyib ki, bu şəxsin Kiyevə səfərləri heç vaxt yaxşı bitmir: “Bu, 2014-cü il hadisələrindən yaxşı məlumdur”.

2014-cü ildə Ukraynada hakimiyyət çevrilişi baş vermiş, bunun ardınca Krım Rusiyaya ilhaq edilmiş, Donetsk və Luqansk vilayətləri işğal edilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu