Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəzi məşhurların müharibəyə görə ölkədən getmələri ilə bağlı danışıb.
Teleqraf.com xəbər verir ki, Rusiya rəsmisi onları "Şeytana uymaq"da günahlandırıb. Zaxarova “Bi-2” qrupu, Alla Puqaçova və digər sənətçilərlə bağlı sualı belə cavablandırıb: “Şeytan yoldan çıxardı” deyə gözəl bir ifadə var. Bütün bunlar xalqın müdrikliyidir”.
Zaxarovanın sözlərinə görə, Ukraynanı dəstəkləyən sənətçilərin bu mövqeyi onların öz əleyhinə işləyir.