Avropa İttifaqı yenidən Rusiyanı məsuliyyəti öz üzərinə götürməyə və Ukraynanın şərqində zorakılıq dalğasını dayandırmağa çağırır.
Bu haqda Avropa Birliyinin Ali nümayəndəsinin sözçüsü Federiki Moqerininin Ukraynanın şərqində son hadisələr haqqında bəyanatında deyilir.
Teleqraf.com-un məlumatına görə, Moqerini qeyd edib ki, Donetskdə cümə axşamı ən azı səkkiz vətəndaş məhz qiyamçıların zorakılığı nəticəsində öldürülüb:
"Minsk memorandumunda nəzərdə tutulan şərtlərə əməl olunmalı, ağır artilleriya və zirehli texnika cəbhə xəttindən çıxarılmalıdır. Təhrikedici bəyanatlar reallığı təhrif edir, nifrəti və zorakılığı alovlandırır. Bu, heç də la lazım olan irəliləyişə gətirib çıxarmayacaq".
Bundan başqa, Ali nümayəndənin mətbuat katibi məhbuslarla rəftar daxil olmaqla beynəlxalq humanitar hüquqa tərəfdar olmaq ehtiyacını vurğulayıb: "Məhbusların ictimai paradı, hansı ki, dünən Donetskdə keçirilib, belə standartları sözsüz pozur".
Nail Cəlil