6 Fevral 11:02
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin sədri Alen Simonyan və Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında baş nazir postu uğrunda mübarizə gedir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazır.

“Qarşıdan gələn seçkilərdən öncə hakimiyyət daxilində mübarizə qızışıb. Alen Simonyan, Armen Qriqoryan və bir neçə başqa isim özlərini Rusiya və ya Qərbin dəstəyi ilə Nikol Paşinyanın yerində təsəvvür etməyə başlayıb. Aralarındakı mübarizə o qədər ciddiləşib ki, pərdə arxasında bir-birilərini ləkələməyə başlayıblar. Rəsmi mənbələrimiz bildirirlər ki, Alen Simonyan uzun müddətdir Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın rolunu aşağılamağa çalışır, nəticədə özünü hüquq-mühafizə orqanlarının hədəfinə gətirib”, - məlumatda deyilir.

Artıq bir həftəyə yaxındır Ermənistan parlamentinin sədri korrupsiya qalmaqalının mərkəzindədir. Artıq onun qardaşının həyat yoldaşı bu ittihamla həbs edilib. Simonyanın xanımının rəhbərlik etdiyi “Freenews” TV də yayımdan çıxarılıb. Nəşr hakim komandada spikerin istefasını tələb edənlərin sayının artdığını da yazır. Müxalifləri iddia edirlər ki, korrupsiya qalmaqalının mərkəzinə düşən Simonyan hakimiyyətin nüfuzunu aşağı salır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər