İsrailin xarici işlər naziri İsrael Katz Argentina Prezidenti Xavyer Mileyə ölkənin Tel-Əvivdəki diplomatik missiyasının Qüdsə köçürülməsini elan etdiyinə görə təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə səhifəsində yazıb.
Qeyd edək ki, bu gün Argentina Prezidenti Miley İsrailə rəsmi səfərə gəlib. O, fevralın 7-də İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək və onunla ölkələr arasında əlaqələrin daha da gücləndirilməsini müzakirə edəcək.
Xatırladaq ki, Miley prezident seçildikdən sonra Netanyahu ilə söhbətində diplomatik missiyanın Qüdsə köçürülməsini müzakirə edib və bu barədə baş nazirə verdiyi sözə əmələ edib