Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru dövlət çevrilişinə cəhddə iştirakda şübhəli bilindiyi üçün istintaqa cəlb edilib.
Teleqraf.com xəbər verir ki, keçmiş dövlət başçısı Lula da Silvanın prezident seçkilərində qalib gəlməsindən sonra 2023-cü il yanvarın 8-də minlərlə tərəfdarın küçələrə çıxdığı dövrdə dövlət çevrilişinə cəhd etməsində şübhəli bilinir.
Qeyd olunub ki, istintaq davam edərkən Bolsonarunun Braziliyanı tərk etməsi qadağan edilib. Bundan əlavə, o, prezident olarkən Səudiyyə Ərəbistanının kral ailəsi tərəfindən ona verilmiş zinət əşyalarını mənimsəməkdə də ittiham olunub.