Almaniyanın mümkün hücum və müharibəyə hazırlaşmaq üçün beş ili var.
Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın Baş Qərargah rəisi Karsten Breyer deyib.
“Döyüş hazırlığı bizim keçəcəyimiz bir prosesdir. Ancaq bunun üçün sonsuz vaxtımız yoxdur. Bu, Rusiyadan gələn təhdidlərə istinad edərək, mümkün hərbi münaqişə üçün 5-8 illik hazırlıq dövrü deməkdir. Hücum mümkündür, amma bu, baş verəcək demək deyil. Hərbçi olduğum üçün deyirəm. Beş ildən sonra biz müharibəyə hazır olmalıyıq", - Breyer bildirib.