14 Fevral 12:47
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

KTMT Tacikistanın cənub sərhədləri yaxınlığında İŞİD terror təşkilatının yaraqlılarının sayının artdığını müşahidə edir.

Teleqraf.com xəbər verir ki, bunu sözügedən hərbi blokun Baş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov (Rusiya) deyib.

“Mərkəzi Asiya regionunda sabitliyə əsas təhlükə İŞİD, “Əl-Qaidə” və digər beynəlxalq terror və ekstremist təşkilatlardan gəlir. Xüsusilə, Tacikistanın cənub sərhədi yaxınlığında İŞİD-in Əfqanıstan qolu “Xorasan Vilayəti” və Talibanın Pakistan qanadının yaraqlılarının sayında artım qeydə alınıb”, - general bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər