Rusiyanın ATƏT-dən çıxması məsələsi hələ müzakirə olunmasa da, havadan asılı qalıb.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Rusiyanın baş diplomatı ölkəsinin sözügedən qurumdan çıxa biləcəyini istisna etməyib.
“ATƏT-dən çıxmağa gəlincə, bu məsələ hələ müzakirə olunmayıb, amma havadan asılı qalıb. Müttəfiqlərimiz bizi izləyəcəklərmi? Bu başqa sualdır. Burada onların mövqeyi tam nəzərə alınmalıdır”, - Lavrov bildirib.