Gürcüstan prezidenti Salome Zurabişvili hamıya xəyanət edib və ölkə konstitusiyasını pozmaqda davam edir.
Teleqraf.com xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili deyib.
"Zurabişvili ilə hakim "Gürcü arzusu" komandası arasında qarşıdurma partiyanın Konstitusiya məhkəməsində prezidentin impiçmenti üçün iddia qaldırdığından bəri davam edir. Parlamentdə səslərin tam olmaması səbəbindən impiçment proseduru tamamlana bilməyib. Məhkəmə onun hökumətlə razılaşdırılmayan xarici səfərlərə görə konstitusiyanı pozduğunu müəyyən etsə də, Zurabişvili xaricə səfərlərini davam etdirir. Zurabişvili partiyamızın hər bir üzvünün gözü qarşısında vətənə xəyanət edib. Bizim mövqeyimizdən o, dövlətin maraqlarına xidmət etmir. O, dəfələrlə konstitusiyanı pozub və bunu davam etdirir", - Qaribaşvili bildirib.