17 Fevral 20:56
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan parlamenti fevralın 26-da açılacaq yaz sessiyasının əvvəlində İsveçin NATO-ya daxil olması haqqında sazişi ratifikasiya edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

"İsveçin baş naziri Ulf Kristersson ilə birlikdə etimadın bərpası üçün mühüm addımlar atdıq. Parlamentin yaz sessiyasının əvvəlində İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməyə doğru irəliləyirik", - deyə Orban bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər