Almaniya müdafiə naziri Boris Pistorius Avropa və NATO üzvlərini ən pis ssenariyə hazırlaşmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, o, bu mümkün ssenarinin qarşıdakı bir neçə ildə reallaşa biləcəyini söyləyib.
“NATO ərazisinə hücumun olub-olmayacağı və ya nə vaxt olacağını təxmin edə bilmirəm. Ancaq bu, 5-8 ildən sonra baş verə bilər”, - nazir bildirib.
Pistorius həmçinin amerikalı konqresmenləri Ukraynaya əlavə hərbi yardımı təsdiqləməyə çağırıb:
“Coğrafi baxımdan Avropa Ayova və ya Viskonsin ştatlarından uzaqdır, amma təhlükəsizlik siyasəti baxımından çox yaxındır. Avropanın təhlükəsizliyindəki zəiflik ABŞ üçün də zəif təhlükəsizlik deməkdir”.