21 Fevral 00:38
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) müharibədən zərər çəkmiş insanlara dəstək üçün 83 milyon avro məbləğində humanitar yardım göstərəcək və vəsaitin böyük hissəsi Ukraynaya ayrılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının səhifəsində məlumat verilib.

Avropa Komissiyasından bildirilib ki, humanitar yardıma ayrılan 83 milyon avrodan 75 milyonu Ukraynadakı humanitar layihələrə yönəldiləcək.

"Buraya sığınacaq, mühafizə xidmətləri, təmiz su, təhsil və səhiyyə kimi əsas ehtiyaclara çıxış daxil olmaqla, təcili yardımın təmin edilməsinə aiddir", - məlumatda qeyd edilib.


Müəllif: Teleqraf.com