Türkiyənin 5-ci nəsil döyüş təyyarəsi KAAN-ın ilk uçuşu uğurlu alınıb.
Teleqraf.com xəbər verir ki, tarixi olaydan sonra KAAN-ın baş mühəndisi Emre Yaban diqqətçəkən açıqlama verib.
“Dünyanın bütün oxşar ölkələrinə baxdıqda, aviasiyanın “Çempionlar Liqası”na dördüncü ölkə kimi daxil oluruq, bunu sübut etdik”, - mühəndis deyib.
Yaban KAAN-ın tamamilə yerli resurslar və mühəndislərin hesabına başa gəldiyini açıqlayıb: “Yenə öz türk mühəndislərimiz tərəfindən hazırlanmış proqram sistemlərindən istifadə etdik.
İnşallah, bu təyyarəni təkcə bu torpaqlarda istehsal olunduğu üçün yox, həm də rəqiblərindən daha yaxşı xüsusiyyətlərə malik olduğu üçün bütün dünyaya satacağıq. Almaq istəyəcəklər, amma pulla ala bilməyəcəkləri bir məhsul olacaq. Biz istəsək, verərik. İnşallah, bunu tezliklə görəcəyik, bütün komandamız bunu etməyə çalışır”.