23 Fevral 01:46
2 779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya rəhbərliyi vətəndaşlarını Ukraynada müharibənin uzun müddət davam edəcəyinə inandırmağa çalışır.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında deyilir.

Kəşfiyyat Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskovun fevralın 14-də verdiyi açıqlamaya diqqət çəkir. Onun sözlərinə görə, proses xüsusi hərbi əməliyyat kimi başlasa da, zamanla Qərblə müharibə şəklini alıb. Peskov əlavə edib ki, bu, ABŞ başda olmaqla bütün Qərb ölkələrinin birbaşa iştirak etdiyi bir müharibədir.

Britaniya kəşfiyyatına görə, Rusiyanın rəsmi ritorikasında müharibəni “Qərblə birbaşa münaqişə” kimi qələmə verməsi prosesin uzanacağına işarədir. Eyni zamanda, bu, rus ordusunun itkilərinin miqyasına haqq qazandıran tendensiyaya uyğundur.

Peskov həmçinin etiraf edib ki, xüsusi hərbi əməliyyat bir az da çəkə bilər.

Kəşfiyyat hesab edir ki, Rusiya rəhbərliyinin dəyişən ritorikası vətəndaşları uzunmüddətli müharibəyə hazırlamaq məqsədi daşıyır. Məlumatda əməliyyatların buna uyğun qurulacağına diqqət çəkilir. Kreml uzunmüddətli müharibənin Rusiyanı qələbəyə aparacağını düşünür.

CNN telekanalının bundan əvvəlki iddiasına görə, ABŞ Donald Trampın seçkidə qalib gəlməsindən sonra Kiyevə dəstəyi tamamilə dayandırsa belə, Rusiyanın Ukraynaya qarşı müharibəsi ən azı iki il çəkəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər