26 Fevral 13:11
5 778
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin iqtisadiyyat naziri Nir Barkat Birləşmiş Ərəb Əmirliklərində (Əbu-Dabi) Səudiyyə Ərəbistanının ticarət və informasiya naziri Məcid bin Abdullah əl-Qəsabi ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, ayaqüstü görüş Dünya Ticarət Təşkilatının nazirlər konfransında baş tutub.

Barkat Qəsabiyə İsrailin sülhə hazır olduğunu bildirib

“İsrail sülh istəyən ölkələrlə sülh istəyir, birlikdə tarix yaza bilərik”, - israilli nazir vurğulayıb.

İsrail mediası nazirin əl sıxaraq görüşdüklərini yazır.

Səudiyyə ilə İsrail arasında diplomatik əlaqələr yoxdur. Ər-Riyad bundan əvvəl 1967-ci il sərhədlərində müstəqil Fələstin dövləti qurulmadan və İsrail qüvvələri Qəzza zolağından çıxarılmadan Təl-Əvivlə normallaşmanın mümkün olmayacağını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər