28 Fevral 16:44
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada “Rusiyaya casusluq” ittihamı ilə həbs edilən Bolqarıstan vətəndaşlarının sayı 6-ya çatıb.

Teleqraf.com xəbər verir ki, 38 yaşlı Tixomir İvanov İvançev Londonda ələ keçib.

Londonda dekorasiya işləri ilə məşğul olduğu bildirilən İvançev “düşmənçilik məqsədilə faydalı ola biləcək məlumatlar toplamaq”da ittiham olunur.

İvançevdən əvvəl həbs edilən digər 5 Bolqarıstan vətəndaşı bu ilin oktyabrında eyni ittihamla məhkəmə qarşısına çıxarılacaq.

Keçən il həbs edilən Bolqarıstan vətəndaşlarının adları: Orlin Russev, Bizer Cambazov, Katrin İvanova, İvan Stoyanov və Vanya Qaberova.

Şübhəlilərin 2020-ci ilin avqustundan 2023-cü ilin fevralına qədər Rusiyanın hədəf aldığı yerlər və insanlarla bağlı müşahidələr apardıqları iddia edilir.

İstintaq çərçivəsində saxlanılan əvvəlki şübhəlilər də “pis niyyət”lə saxta şəxsiyyət vəsiqələri gəzdirməkdə ittiham olunurlar.

2018-ci ildə Rusiya casusları Britaniyada keçmiş agentlər Sergey Skripal və qızı Yuliyanı ölümcül və kimyəvi “Noviçok” qazından istifadə edərək öldürməyə cəhd ediblər. Olay iki ölkə arasında gərginliyə səbəb olub.

2006-cı ildə keçmiş rusiyalı keçmiş kəşfiyyatçı Aleksandr Litvinenko Londonda Rusiya dövlətinə işlədiyi deyilən naməlum şəxslər tərəfindən zəhərlənərək öldürülüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər