Rusiya 2023-cü ilin yayında Ukraynanın əks-hücum planından əvvəlcədən xəbərdar olub.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov deyib.
Ölkənin baş kəşfiyyatçısı Prezident Vladimir Zelenskinin Kremlin Ukraynanın əks-hücum planı başlamazdan əvvəl bildiyi barədə son bəyanatını təsdiqləyib.
“Prezidentdən çox danışmayacam. Bizdə Rusiyanın bu planlardan xəbərdar olduğuna dair məlumat, sübut vardı. Bu, ciddi problemdir, müəyyən tədbirlər görürük”, - Budanov bildirib.