ABŞ aviaşirkətləri bu gün gözlənilən təbii fəlakətlə əlaqədar böyük "qar şoku" yaşayıblar. Belə ki, Amerikada qar çovğunun yaxınlaşması ilə əlaqədar 5 mindən çox aviareys ləğv olunub.
Teleqraf.com-un "Reuters"-ə istinadən məlumatına görə, çovğun yanvarın 28-də ölkənin şimal-şərq hissəsini əhatə edəcək.
Bundan əvvəl güclü qar iri yol-nəqliyyat hadisəsinə səbəb olub. Miçiqan ştatında 193 avtomobil toqquşub, o cümlədən 76 yük maşını. Qəza nəticəsində sürücülərdən biri ölüb.
Xatırladaq ki, 2014-cü ilin noyabrında Nyu-York ştatında yağan şiddətli qar 12 nəfərin dünyasını dəyişməsinə səbəb olmuşdu.